Suriya ordusu Türkiyə ilə sərhəd əraziyə girib


Dünya 27 Okt 2019 19:21:00 264 0

Suriya ordusu Türkiyə ilə sərhəd əraziyə girib

Suriya qoşunları şənbə günü Türkiyənin sərhədi yaxınlığında mühüm bir əraziyə çatıb.

Suriya rejiminə aid qüvvələr sərhəddə yerləşən Ras əl-Əyn şəhərinə daxil olub. Bu barədə dövlət xəbər agentliyi SANA xəbər verib.

Rejim qüvvələri Türkiyənin Suriya kürdlərinə qarşı həftələrlə apardığı hərbi əməliyyat nətcəsində ələ keçirdiyi əraziyə daxil olub.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, qoşunlar həmçinin sərhədin 30 kilometr cənubundakı yolda yerləşdirilib.

Türkiyə və suriyalı vasitəçilər oktyabrın 9-da kürdlərin nəzarət etdiyi ərazilərə hücumlar edib və sərhəddə 120 kilometrlik Suriya ərazisinin nəzarətini ələ keçirib.

Nəticədə yüzlərlə insan ölüb, 300 mindən çox insan evlərindən qaçmalı olub.

Bu həftə isə Türkiyə və Rusiya Soçidə kürd qüvvələrini Türkiyə və Suriya qüvvələrinin nəzarəti altında Türkiyənin ələ keçirdiyi həmin bölgənin hər iki tərəfindən çıxarmaqla bağlı razılıq əldə edib.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidə Qrupu şənbə günü bildirib ki, Türkiyənin "təhlükəsiz zona" adlandırdığı ərazidə təxminən iki minə yaxın Surya qoşunu və yüzlərlə hərbi maşını yerləşdirilib.

Qrupun bildirdiyinə görə, rejim qüvvələrini Rusiyanın hərbi polisi müşayiət edib.