Livanda etirazlar 10 gündür davam edir


Dünya 27 Okt 2019 19:22:00 210 0

Livanda etirazlar 10 gündür davam edir

Livanda şənbə etirazçılar ordunun yolları bağlamaq cəhdlərinə baxmayaraq yenidən küçələrə axışıb.

Ordunun yaydığı bəyanatda bildirilib ki, ordu və təhlükəsizlik komandirləri nəqliyyatı bərpa etmək məqsədi ilə yolları açmağın, eyni zamanda isə etirazçıların təhlükəsizliyini təmin etməyin yollarını müzakirə etmək üçün görüş keçirib. İnsanlar daha öncə görülməmiş etirazlar çərçivəsində hökümətin istefasını tələb edərək yollarda baryerlər qurub və oturaq aksiyalar keçirib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Livanda 10 gündür korrupsiya, dövlət pullarının düzgün idarə olunmaması və ölkəni 1975-1990-cu illərdə baş verən vətəndaş müharibəsindən bəri görülməyən iqitsadi böhrana doğru aparmaqda ittiham olunan siyasi elitaya qarşı etirazlar keçirilir.

Ölkədə banklar, məktəblər və bir çox bizneslər bağlanıb.

Qoşunlar və iğtişaş polisi şənbə günü Livan boyu küçələrə yerləşdirilib.

Qüvvələr şənbə səhər insanlar toplaşana qədər bəzi küçələri bir neçə saatlıq açıb. Beyrutda bir körpüdə iğtişaş polisi ilə yolun ortasında oturan etirazçılar arasında qarşıdurma yaşanıb.