Atəşin rəhbərləri


Digərləri 27 Okt 2019 19:40:00 260 0

Atəşin rəhbərləri

Quranda hakimlər iki dəstəyə bölünürlər. Bəziləri nur rəhbərləridir, bəziləri isə atəş. Quran bu cür nur rəhbərlər barəsində buyurur: "Onları (yaşadıqları cəmiyyəti) Bizim əmrimizlə doğru yola yönəldən rəhbərlər etdik və onlara xeyir işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər". ("Ənbiya" 73).

Son.az deyerler.org-a istinadən bildirir ki, amma atəş rəhbərlərinin tarixdə həkk olunan bəzi pis əməlləri ilə tanış olaq.

1. Müaviyyə tərəfindən Kufəyə təyin edilmiş vali Ziyad ibni Əbih məsciddə xütbə deyirdi. Bu zaman bir dəstə insan ona tərəf daş atmağa başladı. O, əmr verir ki, məscidin qapılarını bağlasınlar. Hər kim günahkar olmadığına and verirdisə, azad olurdu və yerdə qalan 80 nəfərin əllərini kəsdilər.

2. Yezid ibni Müaviyyə (hər ikisinə lənət!) üç il hökumət edir. Birinci ildə İmam Hüseyni (ə) qətl edir və Aşura hadisəsinin səbəbkarı olur. Xəlifə olmasının ikinci ilində Mədinəyə hücum etdi. İnsanları qılıncdan keçirtdi. Üçüncü ilində isə Kəbəni viran edir.

3. Mərvan, xəlifə olduğu zamanda Məkkəni mühasirəyə alır və məscidlərə atəş vurur. Bu hücum zamanı Kəbə evi də yanır. O, deyirdi ki, "Qılınc - insan dərdlərinin dərmanıdır. Hər kim məni təqvaya dəvət edərsə, boynunu vurduraram".

4. Həccac, Mərvan tərəfindən Kufəyə vali təyin edilir. O, qan tökən insan idi və tarixin bəyan etdiyinə görə müharibdən qeyri halda 120000 nəfəri qətl etmişdi. Ölən zamanı zindanda 50000 kişi və 30000 qadın həbsdə idi. 16000 məhbususu paltarsız qoymuşdu. Onları qış fəslində tavanı olmayan yerdə saxlayırdı. Yeməkləri arpa çorəyinə torpaq qatılan yemək idi.

5. Yezid ibni Əbdülmülk sevdiyi qadının cəsədini üç gün saxlayır və onun üfunətli iyi saray əhlini narahat etdiyi üçün onu basdırırlar.

Ancaq bunu görən Yezid həmin qadının cəsədini qəbirdən çıxardır. Onun ifunətli iyinin ən gözəl iy olduğunu söyləyir. Hamını bunu qəbul etməyə vadar edir.

(adsgarden = window.adsgarden || []).push({});