Əhrar ƏlŞam qrupunun keçmiş komandiri Hollandiyada həbs edilib


Dünya 27 Okt 2019 19:09:00 260 0

Əhrar ƏlŞam qrupunun keçmiş komandiri Hollandiyada həbs edilib

Hollandiya polisinin cümə günü bildirdiyinə görə, bu həftə Əhrar Əl-Şam İslamçı qrupun keçmiş komandiri olduğu iddia edilən 29 yaşlı suriyalı hərbi cinayətlər törətməkdə şübhəli bilinərək həbs edilib.

Polis adını açıqlamayan şəxsin çərşənbə axşamı ölkənin şimalındakı bir sığınacaq mərkəzində həbs edildiyini bildirib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, ona qarşı 2015-ci ildə Həmadakı döyüşlər zamanı rəqib əsgər cəsədinin yanında durarkən və başqa bir cəsədə təpik atarkən çəkdirdiyi şəkillərə görə müharibə cinayətləri ittihamı irəli sürülüb.

Prokurorluq onun o zamanlar terrorçu Əhrar Əl-Şam təşkilatının komadiri olduğundan şübhələndiyini bildirib.

Şübhəli Hollandiyada sığınacağa bu ayın əvvəlində müraciət edib. Lakin o, 2015-ci ildə qısamüddətli sığınacaq qeydiyyatından keçdiyi zaman Almaniya rəsmilərinin diqqətini çəkib.