Bu surəni gün ərzində oxuyan, qorunar və ruzi əldə edər


Digərləri 27 Okt 2019 19:10:00 297 0

Bu surəni gün ərzində oxuyan, qorunar və ruzi əldə edər

Çoxumuzun "Yasin" surəsinin fəzilətlərindən xəbərləri yoxdur. Ona görə də çətinliklərimiz, qəm və qüssələrimiz aradan getmir.

Əgər Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) onunla bağlı tövsiyələrinə diqqət etsək, görərik ki, "Yasin" surəsinin məqamı biz düşündüyümüzdən də ucadır. Əgər kimsə o fəzilətlərlə tanış olsa, ondan kamil şəkidə faydalana bilər.

Bəli, Məsumlarımız (ə) onu Quranın qəlbi adlandırıblar. Qəlb elə bir üzvdür ki, insanın yaradılışının ilk əvvəlindən var olub, ölənə qədər ona həyat verir, ruh və can onsuz bir heçdir. Bu, qəlbdir ki, insana haqqı tanıdır və batildən uzaqlaşdırır.

Bu, qəlbdir ki, Allahın müqəddəs hərəmi hesab olunur. Ona görə də Allahdan savayı heç kəsin haqqı yoxdur ki, ora daxil olsun.

Son.az deyerler.org-a istinadən bildirir ki, böyük arif olan Ayətullah Hacı Şeyx Müctəba Qəzvini Xorasani öz şagirdlərinə tövsiyə edərdi ki, hər gecə yatmazdan əvvəl "Yasin" surəsini oxusunlar. Onu başlayan və bitirən zaman 14 dəfə salavat desinlər. Şübhəsiz ki, bu 14 salavatın da öz sirləri vardır. Arif deyir ki, mən həyatda nəyə nail olmuşamsa, hamısı bu mübarək surənin bərəkətinə görədir.

Ürfan elmində "Yasin" surəsi suluk yolu üçün bir pilləkən hesab olunur ki, arif bu pilləkən sayəsində ən ali mənəvi məqamlara çatır.

Ona görə də din alimləri bu surə ilə yaxın olmuş və öz şagirdlərinə də onu qiraət etmələrini göstəriş vermişdilər.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Yasin" surəsini qiraət edər, ona bənzəyir ki, Quranı on dəfə xətm etmişdir".

(adsgarden = window.adsgarden || []).push({});