Türkiyə qəlizləşən NATO müttəfiqi


Dünya 27 Okt 2019 19:11:00 339 0

Türkiyə  qəlizləşən NATO müttəfiqi

ABŞ-ın rəhbərlik etdiyi NATO alyansının beş yüksək rütbəli diplomatı Suriyada keçirdiyi əməliyyatlardan və Rusiya ilə sərhəd müqaviləsindən hiddətlənməsinə baxmayaraq, müttəfiq Türkiyəyə dəstəyin qaldığını deyirlər.

Türkiyənin İslam Dövləti ilə mübarizəni riskə ataraq sərhəd bölgəsində keçirdiyi hərbi əməliyyatlara etiraz olaraq İspaniya özünün Patriot raketlərini həmin ölkədən geri çəkəçəyi ilə təhdid edib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın oktyabrın 9-da Suriyada kürd qüvvələrə qarşı başlatdığı əməliyyatlardan sonra ilk dəfə cümə axşamı NATO-nun müdafiə nazirlərinin keçirdiyi yığıncada İspaniyadan Marqarita Robles Madridin raketlərini geri almayacağını, və əgər Ankara istəyərsə, batareyaların çıxarılmasını daha 6 ay uzada biləcəyini deyib.