Avropa İttifaqında ən çox yaşama icazəsi verən bu ölkədir


Dünya 27 Okt 2019 18:55:00 274 0

Avropa İttifaqında ən çox yaşama icazəsi verən bu ölkədir

Avropa İttifaqının Statistika Agentliyi olan Eurostatın hesabatında bildirilir ki, son bir ildə Polşa İttifaqa daxil ölkələr arasında ən çox yaşama icazəsi verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sözügedən dövrdə Polşa 635 min yaşama icazəsi verib. Bu da bütün Avropa İttifaqı üzrə ümumi verilmiş icazələrin 20 faizini təşkil edir.

Müqayisə üçün qeyd edək ki, Almaniya 544 min icazə ilə ikinci yerdədir. Sonrakı yerlərdə Birləşmiş Krallıq, Fransa, İspaniya, İtaliya və İsveçdir.