Əfqanıstanda 50dən çox "Taliban" üzvü məhv edildi


Dünya 27 Okt 2019 18:43:00 276 0

Əfqanıstanda 50dən çox "Taliban" üzvü məhv edildi

Əfqanıstanın təhlükəsizlik qüvvələri ölkənin şimal-qərbindəki Fəryab əyalətinə aviazərbələr endiriblər.

Son.az Trend-ə istinadən bildirir ki, aviazərbələr nəticəsində "Taliban" radikal hərəkatının ən azı 53 üzvü məhv edilib.

Məlumata əsasən, "Taliban" üzvləri şənbə günü Əfqanıstanın təhlükəsizlik qüvvələrinin nəzarət məntəqələrinə hücumlar həyata keçiriblər.

Təhlükəsizlik qüvvələri və dinc sakinlər arasında itkilər barədə məlumat verilmir.