Gürcüstanda 17 yaşlı qızını ərə verməyə çalışan azərbaycanlı saxlanıldı VİDEO
Dünya 27 Okt 2019 18:23:00 323 0
Gürcüstanın Kaxetiya regionunda yetkinlik yaşına çatmayan qızını ərə verməyə çalışan 44 yaşlı azərbaycanlı saxlanılıb.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin saytında yazılıb. Saqareco rayonunun azərbaycanlılar yaşayan Yormuğanlı kənd sakini 17 yaşlı qızına ərə getməsi üçün psixoloji təzyiq göstərib.
Polis atanı saxladıqdan sonra ona və həyat yoldaşına mövcud riskləri nəzərə alaraq valideynlik hüququnu məhdudlaşdıran sənəd təqdim edib. Gənc qız isə xüsusi sığınacağa yerləşdirilib.
Atanın günahı sübuta yetirilərsə, onu 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
(adsgarden = window.adsgarden || []).push({});
Mənbə: milli.az