Tramp: "Bağdadi it kimi gəbərdi, ağlayaraq, qışqıraraq özünü və uşaqlarını partlatdı"


Dünya 27 Okt 2019 18:03:00 242 0

Tramp: "Bağdadi it kimi gəbərdi, ağlayaraq, qışqıraraq özünü və uşaqlarını partlatdı"

Prezident Donald Tramp bildirib ki, əl-Bağdadi xüsusi əməliyyat zamanı başqa çıxış yolu olmadığını görüb və xüsusi təyinatlılar onu sağ yaxalamasın deyə üzərində gəzdirdiyi "kamikadze jileti" ilə özünü partladıb. ABŞ prezidenti əməliyyat zamanı heç bir ABŞ əsgərinin yaralanmadığını bildirib.

"Əbu Bəkr əl-Bağdadi ilə birlikdə çoxlu sayda tərəfdarı da öldürüldü. Bağdadi vəhşi idi və vəhşi kimi, qaçan qorxaq kimi öldü, ağlayıb sızlayırdı. Bir köpək kimi öldü, artıq heç kimə zərər verə bilməz. Dünya indi daha təhlükəsizdir", - Tramp deyib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, ABŞ prezidenti Rusiya, Türkiyə, Suriya və İraqın da əməliyyata dəstək verdiklərini bildirib, həmin ölkələrə təşəkkür edib. "Bu, çox təhlükəli əməliyyat idi", - o vurğulayıb.

Tramp məlumat verib ki, əl-Bağdadi üzərindəki "kamikadze jileti" ilə özü ilə birlikdə  uşağını da öldürüb. O, DNA testi nəticəsində öldürülənin məhz əl-Bağdadi olduğunun tam təsdiqləndiyini deyib. Habelə Tramp bildirib ki, əməliyyat nəticəsində İŞİD-in gələcəkdə həyata keçirməyə hazırlaşdığı terror hücumları ilə bağlı çox çox dəlillər ələ keçirilib.

ABŞ prezidenti əl-Bağdadiyə daha əvvəl də xüsusi əməliyyat həyata keçirmək istədiklərini, amma onun tez-tez yerini dəyişdirdiyini deyib. Tramp xüsusi təyinatlıların dəbilqəsinə bərkililmiş Go-pro kameralarla əməliyyatı canlı izlədiyini açıqlayıb: "Film kimi mükəmməl idi. Orada tətbiq edilən texnologiya da xarüqəydi".

"Xüsusi təyinatlılarımız bir saat 10 dəqiqləlik məsafədən, təhlükəli bölgədən uçdu. Bəzi liderlərin bu əməliyyatın ən təhlükəli nöqtəsini olacağını düşündük, ona görə də çox səssiz qaldıq. Giriş və çıxış uçuşları çox təhlükəli idi, çox güclü atəşə məruz qala bilərdik. Rusiya hava sahəsini açdı. Rusiya əla idi, İraq əla idi. Doğrudan da əla bir işi əməkdaşlıq şəraitində həyata keçirdik", - Tramp deyib.

ABŞ prezidenti jurnalistlərin suallarına cavab olaraq Türkiyənin əməliyyatdakı rolu barədə danışıb, bu ölkəyə tərif yağdırıb.