Rüfət Teatr Xadimləri İttifaqında yaşanan qalmaqaldan danışdı: "Bilmirəm, Azər Paşa Nemətov..."


Kriminal 27 Okt 2019 16:36:00 313 0

Rüfət Teatr Xadimləri İttifaqında yaşanan qalmaqaldan danışdı: "Bilmirəm, Azər Paşa Nemətov..."

Akademik Rus Dram Teatrının aktyoru, Teatr Xadimləri İttifaqının üzvü Rüfət Nəzər ittifaqda yaşanan qalmaqala münasibət bildirib. 

Son.az xəbər verir ki, musavat.com-a açıqlama verən aktyor Azər Paşa Nemətovun yenidən Teatr Xadimləri İttifaqına sədr seçilməsinə belə münasibət bildirib: "Hazırda ölkəmizdə islahatlar gedir. Maaşlarımız da artıb. Əslində, Azər müəllimin ünvanına nə isə demək istəmərəm. O, çox hörmətli və bacarıqlı insandır, sənətkardır. Ola bilər ki, bəzi şeyləri bilmir. Məsələn, mənə bir neçə gün öncə keçirilən Teatr Xadimləri İttifaqının konfransına dəvətnamə gəlməyib. Amma təqdim edilməli idi. Çünki Teatr Xadimləri İttifaqının fəal üzvüyəm.

Mən Azərbaycanın Fəxri Mədəniyyət işçisiyəm. İttifaqın əvvəlki konfransında iştirak etmişəm. Bu dəfə nədənsə yaddan çıxdım. Ola bilsin ki, dəvətnamə gəlib, teatrda mənə çatdırmayıblar.

Amma yeni baxışlar lazımdır, modernləşməliyik. Əslində bilmirəm ki, Azər Paşa müəllim xaricə gedib, yeniliklər gətirib, tövsiyyə edib, konfranslar keçirib, yoxsa yox. Baxmayaraq ki, Teatr Xadimləri İttifaqının üzvüyəm, xəbərim yoxdur..."