ABŞda texnologiya nəhənglərinin savaşı: “Microsoft” Pentaqondan 10 milyard dollarlıq sifariş alıb


Dünya 27 Okt 2019 16:14:00 270 0

ABŞda texnologiya nəhənglərinin savaşı: “Microsoft” Pentaqondan 10 milyard dollarlıq sifariş alıb

ABŞ Müdafiə Nazirliyi bu yaxınlarda elan etdiyi 10 milyard dollarlıq tenderi qazanan firmanı açıqlayıb.

Son.az musavat.com-a istinadən bildirir ki, qalib "Microsoft" şirkəti olub. Qeyd olunur ki, müqavilə əsasən kompüter texnologiyası terminində "bulud hesablama" adı verilən sistemin qurulması ilə bağlıdır. (Bulud hesablama, istənilən vaxt istifadə edilə bilən kompüterlər və digər qurğular üçün internet əsaslı məlumat xidmətlərinin ümumi adıdır və istifadəçilər arasında ortaq kompüter qaynaqlarını təmin edir)

Pentaqon tərəfindən "Joint Enterprise Defense Infrastructure Cloud" (JEDI) adı verilən sistemin hazırlanmasının "Microsoft" şirkətinə həvalə olunması qurumun rəsmi səhifəsində də yerləşdirilib. Belə bir böyük layihənin alınması uğrunda savaşan şirkətlərin adı da diqqət cəlb edir. Bunlaırn içində "Amazon", "İBM" və "Oracle" kimi transmilli nəhəngləri görmək olar. "Amazon" isə məğlubiyyətdə siyasi müdaxilənin səbəb olduğunu düşünür və birbaşa prezident Donald Trampı günahlandırıb.

"Reuters"in verdiyi məlumata əsasən, son tenderin nəticəsi "Amazon"un sahibi Ceff Bezosla Donald Tramp arasında gərginliyi üzə çıxarıb. "Amazon" şirkətinin nümayəndəsi Pentaqonun qərarından heyrətləndiklərini bildirib. Onun sözlərinə görə, "Amazon Web Services" platrofması "bulud hesablamaları"nda əsas lider sayılır. Şirkət Müdafiə nazirliyinin təkliflərin müqayisəli təhlilini qəsdən düzgün aparmamaqda suçlayıb.

(adsgarden = window.adsgarden || []).push({});