Texasda atışma:


Dünya 27 Okt 2019 16:19:00 246 0

Texasda atışma:

ABŞ-ın Kommerse şəhərində (Texas ştatı) "Texas A&M Commerce University" universitetinin məzunlarının yığıncağında atışma baş verib.

Trend-in "Fox News"a istinadən verdiyi məlumata görə, atışma nəticəsində 2 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Bildirilir ki, yaralananlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Atışmanın səbəbi məlum deyil. Cinayətkarın axtarışları aparılır.