Ramzan Kadırov İŞİD liderinin öldürülməsi xəbərinə şübhə və istehza ilə yanaşıb


Dünya 27 Okt 2019 14:29:00 298 0

Ramzan Kadırov İŞİD liderinin öldürülməsi xəbərinə şübhə və istehza ilə yanaşıb

Çeçenistan lideri Ramzan Kadırov İŞİD terror təşkilatının rəhbəri Əbu Bəkr Əl-Bağdadinin öldürülməsi barədə xəbərlərə şübhə ilə yanaşıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Çeçenistan respublikasının başçısı bu hadisənin terrorizmin kökünü kəsməyəcəyi düşüncəsində olduğunu bildirib.

"Əbu Bəkr Əl-Bağdadi yenə məhv edilib?" - deyə Ramzan Kadırov "Telegram"dakı hesabında istehzalı sual ünvanlayıb.

R.Kadırovun sözlərinə əsasən, hətta bu xəbərin doğru çıxması da çox az şeyi dəyişdirir. Onun fikrincə, Suriyada bütün terrorçuların kökünü kəsmək lazımdır.

Bundan başqa çeçen liderin yazdığına görə, əl-Bağdadinin öldürülməsi xəbərini alan kimi ağlına Taras Bulbanın öz oğluna söylədiyi belə bir cümlə gəib: "Səni mən dünyaya gətirdim, elə özüm də öldürəcəm".