Avropa peykinin uzaq ulduzu örtməsi onun orbitinin dəqiqliklə hesablanmasına kömək etdi


Dünya 27 Okt 2019 13:23:00 385 0

Avropa peykinin uzaq ulduzu örtməsi onun orbitinin dəqiqliklə hesablanmasına kömək etdi

Astronomlar ilk dəfə olaraq Yupiterin Avropa peyki tərəfindən uzaq ulduzun örtülməsi hadisəsini müşahidə ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, bu hadisədən istifadə edərək onlar peykin radiusunu və formasını müəyyən etməyə müvəffəq olublar. Həmçinin, onun orbitini 2,5 km dəqiqliklə hesablaya biliblər. 2013-cü ilin dekabrında orbitə çıxarılmış GAIA (Global Astrometric Interferometer for Astrophysics) kosmik teleskopunun müşahidə məlumatına əsasən nadir bir hadisənin mümkünlüyü əvvəlcədən söylənilmişdi.

Yerdəki müşahidəçiyə görə, böyük bir göy cisminin ulduzun qarşısından keçməsini astronomlar örtmə hadisəsi adlandırırlar. Bu hadisə ulduzun parlaqlığının qısa müddətə azalmasına səbəb olur. Bu üsul, araşdırılan səma cisminin ölçüsünü və formasını dəqiqliklə təyin etməyə, onun orbitini dəqiqləşdirməyə və səth albedosunu, atmosferinin mövcudluğu, halqaların, püskürmələrin və ya obyektin yaxınlığındakı digər törəmələrin xüsusiyyətlərini müəyyən etməyə imkan verir.