Rusiya və Misir birgə təlimlərə başladı


Dünya 27 Okt 2019 12:56:00 335 0

Rusiya və Misir birgə təlimlərə başladı

Misirdə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ilə birlikdə keçirilən "Dostluq oxu-2019" hərbi təlimləri start götürüb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "RİA Novosti" saytı məlumat yayıb.

Bildirilir ki, noyabrın 7-nə qədər davam edəcək təlimlərdə Rusiya tərəfindən 100-dən artıq hərbçi iştirak edəcək.

Xatırladaq ki, sözügedən təlimlər tərəflər arasında hava hücumundan müdafiə qüvvələrinin iştirakı ilə ilk birgə təlim olacaq.