"TikTok" ABŞın milli təhlükəsizliyinə təhdid ola bilər


Dünya 27 Okt 2019 12:50:00 304 0

"TikTok" ABŞın milli təhlükəsizliyinə təhdid ola bilər

ABŞ-da 2 senator Çinin "ByteDance" firmasına aid populyar yükləmə tətbiqetməsi olan "TikTok"un milli təhlükəsizliyə təhdid ola biləcəyi mövzusunda hüquq-mühafizə orqanlarına xəbərdarlıq edib.

ABŞ-da milli azlıqların lideri kimi tanınan Çuk Şummer və senator Tom Cotton hüquq-mühafiə orqanları rəhbərlərindən populyar paylaşım tətbiqetməsi olan "TikTok"un milli təhlükəsizliyi risk altına atıb-atmadığını araşdırmalarını istəyiblər.

Son.az musavat.com-a istinadən bildirir ki, Şummer və Cotton ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə direktoru Cozef Makquirə yazdıqları məktubda mərkəzi Pekində yerləşən "ByteDance" adlı firmaya məxsus olan tətbiqetmənin istifadəçilərin məlumatları ilə nə etdikləri mövzusunda narahat olduqlarını bildiriblər.

Təkcə ABŞ-da 110 milyon dəfə yüklənən "TikTok" əks-kəşfiyyat mövzusunda ciddi bir təhdiddir", - deyə məktubda vurğulanıb.

Senatorlar bildiriblər ki, "TikTok"a oxşar tətbiqetmələr də, yaxın zamanda keçiriləcək  prezident seçkilərinə yönəlik dezinformasiya kampaniyasında istifadə edilə bilər.

"TikTok" səlahiyyətliləri amerikalı istifadəçilərin şəxsi məlumatlarının ABŞ-dakı bazalarında saxlanıldığını bildirsələr də, senatorlar "ByteDance" şirkətinin Çin qanunlarına tabe olduğunu xatırladıblar.

"TikTok" rəhbərliyi Çinin tətbiqetmə üzərində heç bir təsirinin olmadığını bildirib. Rəhbərlik qeyd edib ki, senatorların iddiaları əsassızdır, çünki "TikTok" Çində fəaliyyət göstərmir.