Suriyada türk hərbçisi öldürüldü


Dünya 27 Okt 2019 12:34:00 311 0

Suriyada türk hərbçisi öldürüldü

Suriyanı Rəsulayn rayonunda PKK/YPG terrorçuları Türkiyə Silahlı Qüvvələrinin mövqeyini atəşə tutublar.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Suriyanın Rəsulayn rayonunda "Sülh bulağı" əməliyyatı çərçivəsində PKK/YPG terrorçuları tərəfindən açılan atəş nəticəsində 1 Türkiyə hərbçisi həlak olub, 5 hərbçi isə yaralanıb".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.