"Sülh bulağı" əməliyyatı çərçivəsində 1 Türkiyə hərbçisi həlak olub


Digərləri 27 Okt 2019 11:57:18 310 0

"Sülh bulağı" əməliyyatı çərçivəsində 1 Türkiyə hərbçisi həlak olub

Suriyanı Rəsulayn rayonunda PKK/YPG terrorçuları Türkiyə Silahlı Qüvvələrinin mövqeyini atəşə tutublar

Bakı. Suriyanı Rəsulayn rayonunda PKK/YPG terrorçuları Türkiyə Silahlı Qüvvələrinin mövqeyini atəşə tutublar. Trend-in məlumatına görə, bu barədə Türkiə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilir. Məlumatda deyilir: "Suriyanın Rəsulayn rayonunda "Sülh bulağı" əməliyyatı çərçivəsində PKK/YPG terrorçuları tərəfindən açılan atəş nəticəsində 1 Türkiyə hərbçisi həlak olub, 5 hərbçi isə yaralanıb". (adsgarden = window.adsgarden || []).push({}); Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin