İraqda iğtişaşlar: iki gündə 63 nəfər ölüb, 2595 yaralı var


Dünya 27 Okt 2019 11:00:00 320 0

İraqda iğtişaşlar: iki gündə 63 nəfər ölüb, 2595 yaralı var

İraqın hüquq müdafiəçiləri ölkədə son iki gündür davam edən hökumət əleyhinə etiraz aksiyalarında 63 nəfərin öldüyü, 2,5 mindən çox insanın yaralandığı barədə məlumat yayıblar.

"Bağdad, Maysan, Di-Kar, Bəsrə, Mutanna, Divaniyyə, Babil əyalətlərində ölən etirazçıların sayı 63 nəfərə çatıb, 2595 yaralı var", - deyə İnsan Hüquqları üzrə Ali Komissiyanın RİA Novosti-yə daxil olan bəyanatında deyilir.

Son.az virtualaz.org-a istinadən bildirir ki, cümə günü komissiya 30 nəfərin öldüyünü bildirmişdi.

Xatırladaq ki, yaşayış şəraitinin pisləşməsinə, artan işsizlik və hökumətdəki korrupsiyaya etiraz olaraq keçirilən nümayişlər bir həftəlik fasilədən sonra cümə günü Bağdadda və şiə əyalətlərində yenidən başlayıb.