Aleksandr Oxrimenko: “Doing Business 2020” reytinqində göstəricilərin yaxşılaşması Azərbaycan rəhbərliyinin düşünülmüş siyasətinin bariz nümunəsidir


Digərləri 27 Okt 2019 11:00:00 253 0

Aleksandr Oxrimenko: “Doing Business 2020” reytinqində göstəricilərin yaxşılaşması Azərbaycan rəhbərliyinin düşünülmüş siyasətinin bariz nümunəsidir

“Doing Business 2020” reytinqində göstəricilərin yaxşılaşması Azərbaycan rəhbərliyinin düşünülmüş siyasətinin bariz nümunəsidir

Bakı. Mətanət Nəsibova - “Doing Business 2020” reytinqində göstəricilərin yaxşılaşması Azərbaycan rəhbərliyinin düşünülmüş siyasətinin bariz nümunəsidir. Bunu Trend-ə ukraynalı ekspert Aleksandr Oxrimenko deyib. Onun sözlərinə görə, buna həm də iqtisadiyyatın inkişafı üzrə strateji yol xəritələrinin qəbulu və reallaşdırılması yol açıb: “Bu uğurun əsası ölkə qeyri-neft sektorunu fəal inkişaf etdirməyə başlayanda qoyulub. Yaxın zamanlara qədər qeyri-neft sektorunun artım tempi ümumi daxili məhsulun artım tempini əhəmiyyətli dərəcədə qabaqlayırdı, amma strateji yol xəritələrinin uğurlu icrası iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına müsbət təsir göstərdi”.