Kaliforniyada 50 mindən çox insan təxliyə olunur


Dünya 27 Okt 2019 09:22:00 298 0

Kaliforniyada 50 mindən çox insan təxliyə olunur

ABŞ-ın Kaliforniya ştatının hakimiyyəti ştatın şimalında baş verən meşə yanğınları səbəbindən 50 min nəfərin təxliyyəsinə dair göstəriş verıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 

bu barədə "Associated Press" agentliyi bildirib.

Məlumata əsasən, Hildsberg və Vindzor kimi şəhərlərin sakinləri tamamilə təxliyyə ediləcək. Hakimiyyət orqanları küləyin sürətinin 38 m/s qədər çata biləcəyi barədə xəbərdarlıq edib.