“Öz ərizəmlə işdən çıxmışam, yenə məndən əl çəkmirlər” Əli Həsənov


Digərləri 27 Okt 2019 09:16:00 302 0

“Öz ərizəmlə işdən çıxmışam, yenə məndən əl çəkmirlər”  Əli Həsənov

Baş Nazirin sabiq müavini Əli Həsənovun adı yenidən medianın gündəminə gəlib. Oktyabrın 24-də Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində 25 yaşlı İlkin Əliyevin idarə etdiyi 90 UU 111 dövlət-nömrə nişanlı "Toyota Camry" yol ayrıcındakı dəmirlərə çırpılaraq aşıb. Nəticədə maşında olan 16 yaşlı Kamran Qasımov dünyasını dəyişib.

Məlumata görə, qəza törədən şəxs Əli Həsənovun ögey nəvəsidir. Sayt iddia edir ki, İlkin Əliyev Əli Həsənovun oğlu Emin Həsənovun xanımının birinci nikahından olan oğludur. Məlumata görə, İlkin Əliyev hadisə günü Gəncəyə - öz oğlunun ad gününə gedirmiş. Hadisə vaxtı avtomobildə olan və qəzada həyatını itirən 16 yaşlı Kamran İlkinin xalası oğludur.

Son.az xəbər verir ki, musavat.com-a danışan Əli Həsənov sözügedən xəbərə münasibət bildirib.

Ə.Həsənov xəbərin ona və ailəsinə aid hissəsinin yalan olduğunu deyib: "Mənim və ailəmin İlkin Əliyev ad-soyadlı şəxslə heç bir əlaqəsi yoxdur. Bu, tamamilə yalandır, böhtandır. Bunu qətiyyətlə təkzib edirəm. Oğlumun guya ögey övladının olması və həmin gəncin də yol-nəqliyyat hadisəsi törətməsi barədə xəbərin yazılmasını sifariş hesab edirəm".