İraqın Baş naziri etirazçılara qarşı xüsusi qüvvələrin göndərilməsini tapşırıb


Digərləri 27 Okt 2019 06:42:00 305 0

İraqın Baş naziri etirazçılara qarşı xüsusi qüvvələrin göndərilməsini tapşırıb

İraqın Baş naziri Adel Abd əl-Mehdi Bağdad küçələrində elit antiterror xüsusi qüvvələrinin yerləşdirilməsini əmr edib

Bakı. İraqın Baş naziri Adel Abd əl-Mehdi ölkədə davam edən hökumət əleyhinə etirazlar fonunda Bağdad küçələrində elit antiterror xüsusi qüvvələrinin yerləşdirilməsini əmr edib. Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi bildirib. Qeyd edilir ki, İraqın Baş naziri İraqın elit terrorla mübarizə xidməti komandirinə Bağdaddakı etirazlara son qoymaq üçün "bütün lazımi tədbirləri görməyi" tapşırıb. (adsgarden = window.adsgarden || []).push({}); İraqın hüquq müdafiəçiləri şənbə günü ölkədə iki gün davam edən hökumət əleyhinə etiraz aksiyalarında 63 nəfərin öldüyünü, iki yarım mindən çox insanın yaralandığını bildirib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin