Ağır atletlərimiz Avropa birinciliyindəki çıxışlarına yekun vurdular (FOTO)


Digərləri 27 Okt 2019 05:45:46 307 0

Ağır atletlərimiz Avropa birinciliyindəki çıxışlarına yekun vurdular (FOTO)

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi bitmək üzrədir

Bakı. Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi bitmək üzrədir. Trend-in məlumatına görə, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar. Bu gün onlardan ikisi - Əliş Nəzərov və İsmayıl Qurbanov körpücük üzərinə qalxaraq Avropa birinciliyindəki çıxışlarımıza yekun vurublar. Əliş Nəzərov yaşı 20-yə qədər olan atletlərin 109 kq çəki dərəcəsində yarışıb. O, toplam 323 kq (147+176) nəticə ilə 9-cu yeri tutub.