Rusiya əsrlər boyu arzuladı:


Dünya 26 Okt 2019 23:53:00 426 0

Rusiya əsrlər boyu arzuladı:

Rusiya Yaxın Şərqdə qazandığı uğura layiqdir. Rusiya da ABŞ-ı bölgədə dominant gücə çevirən hərbi və diplomatik vasitələrdən istifadə etdi. Amerika bölgəyə təsir uğrunda gedən bu mübarizəni uduzmadı, müəmmalı şəkildə təslim oldu.

Son.az musavat.com-a istinadən bildirir ki, bu iddialar "Vaşinqton Post"un məqaləsində yer alıb.

Məqalədə qeyd edilib:

Prezident Tramp Amerikanın Suriyadan geri çəkilməsini qələbə kimi təqdim etməyə çalışır. Əlbəttə, bu absurdur. Amerika kürd müttəfiqlərimizi (PYD/YPG terrorçuları nəzərdə tutulur - red.) türk işğalı qarşısında tək buraxdı və bununla da imkan yaratdı ki, məhv edilmiş düşmən - İŞİD yenidən güclənib Qərbə qarşı hücumları davam etdirsin.

Amerika Prezidentinin bu addımı ABŞ-ı, xüsusən də hərbçiləri rüsvay etdi. ABŞ xüsusi təyinatlıları Suriyadakı döyüş bölgəsindən çıxarkən qəzəblənmiş kürdlər tərəfindən pomidor yağışı altına düşdülər.

İndi Rusiya Suriyanın şimal-şərqində möhkəmlənir. Prezident Vladimir Putinin bu uğurunun bəzi səbəblərini nəzərdən keçirməkdə fayda var. Birincisi, Putin son dərəcə həyasız və qəddardır. Və özünə bənzər olan Suriya rejimi ilə tərəfdaşdır. Putin 2015-ci ildə məhdud güclə Suriyaya müdaxilə etdi, lakin qətiyyətlə mübarizə apardı.

Rusiya Yaxın Şərqdəki bütün müharibə edən ölkələrlə danışıqlara getdi və fərqli tərəflər arasında vasitəçi kimi ortaya çıxdı. Bu, ona əlavə təzyiq və təsir rıçaqları verdi. Əvvəllər Amerika da qarşı tərəflər arasında vasitəçi olurdu və eyni üsullardan yararlanırdı. Birbaşa danışıqlara getməyən tərəfləri bir araya gətirməyin özəlliyi budur.

Amerika Rusiya, Suriya, İran, Çin, Şimali Koreya, Kuba, Venesuela ... kimi ölkələrə sanksiyalar tətbiq etdi. Bəzən bu sanksiyalar Amerikanın maraqlarına zidd olur. Rusiya isə belə şeylər etmir. Cənab Tramp axmaqlığı ucbatından Türkiyənin Suriyaya hücumuna töhfə verdi, iş işdən keçəndən sonra isə Türkiyəni sanksiyalarla hədələdi. Sanksiya məsələsi o qədər istismar olundu ki, əks effekt verməyə başladı.