Günün qoroskopu: İşdə və evdə həllini gözləyən məsələlər az deyil


Digərləri 27 Okt 2019 00:01:00 449 0

Günün qoroskopu: İşdə və evdə həllini gözləyən məsələlər az deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - uzunmüddətli planlaşdırma üçün münasib zamandır. Xəyallara dalmayın, illüziyalara qapılmayın. Qüvvə və imkanlanınızı dürüst qiymətləndirin. Potensialınızın həddini anlayın. Yaxın ətrafınızdakı insanlarla bağlı düşüncələrinizdə yanılmayın.

Günün ikinci yarısında təkidli və əzmli olsanız, sərfəli anlaşmaya, karyera pilləkənində irəliləyişə nail ola bilərsiniz. Tez uğura bel bağlamayın. Məqsədə çatmaq üçün bir neçə dəfə cəhd göstərmək lazımdır.

İşdə və evdə həllini gözləyən məsələlər az deyil.

Axşam saatlarında normal istirahətə vaxt tapın. Eksperimentlərə əl atmayın.

Buğa - günün ilk yarısında maliyyə problemləri yarana bilər. İtkilər və zərər istisna deyil. Gözlədiyiniz gəlir gecikir. Dostlar və qohumlarınıza yardım üçün müraciət etməli olacaqsınız. İşdə problemlər yaranacaq. Adi, həmişəki işlər və tapşırıqlar sizə ağır gələcək. Emosional olmayın, narazı qaldığınızı büruzə verməyin.

Rəhbərliklə mübahisənin qarşıdurma və ya mübahisəyə çevrilməsi maraqlarınıza ziddir.

Günün ikinci yarısında təmaslarınızda diqqətli davranın. Ailə qayğıları və məişət problemlərinin sayı artacaq. Yaxınlarınız sizə diqqət və qayğıya görə minnətdar olacaqlar.

Əkizlər - təşəbbüskar olun. Ən müxtəlif işlərə fəal şəkildə başlayın. Mürəkkəb məsələlərin həllindən qaçmayın. Yardıma əsla ehtiyac duymadağınızı düşünməyin. Dostlar və qohumlar dəstək təklif etsələr, rədd cavabı verməyin. Çünki qayğı vçə problemlərinizi onlarla bölüşsəniz, vaxtla qüvvələrinizə qənaət etmiş olarsınız.

Günün ikinci yarısında sərvaxt, ehtiyatlı olun. Travma riski var. Qida sisteminizdə ağrılar yarana bilər. Kulinar eksperimentlərə aludə olmayın.

Qəfil səfər sizi həyəcanlandıracaq, amma sonuc yaxşı olmayacaq.

Xərçəng - günün ilk yarısında çox önəmli saydığınız məsələnin həllinə başlamayın. Bu zaman kəsiyində yeni layihələr və təşəbbüslər uğursuzluqla başa çata bilər. Müttəfiqlər olmayacaq. Yardıma və dəstəyə bel bağlamayın.

Düşmənlərin sayını artırmayın. Dəyər verdiyiniz insanların xətrinə dəyməyin.

Günün ikinci yarısında tərəfdaşlarınızla münaqişə etməyin. İradlarınıza reaksiyadan sinirlənməyin. Saatlar keçdikcə situasiya düzələcək, işdə uğurlu dövr başlanacaq. Potensial iş yeri sahibləri və tərəfdaşlarla danışıqlarda sayıq olun.

Yaxınlarınızla münasibətləri korlamayın. Sevdiyiniz insan ən kiçik uğurunuza da sevinəcək.

Şir - günün ilk yarısında uzunmüddətli planlar qurmaq, yaşamınızdakı problemləri həll etmək olar. Daha konkret və praktik məziyyətli işlərdən birinin yerinə yetirilməsini təxirə salmaq olar. Ağır işə başlasanız, səhvləri istisna etməyin. Müttəfiqlərlə fikir ayrılıqları yarana bilər.

Günün ikinci yarısında əməkdaşlığı yarımçıq dayandırmayın. Axşam saatlarını evdə keçirin. Qonaq qəbul etmək olar. Dəvət etdiyiniz tədbirdə usanmağınız, yorulmağınız istisna deyil. Çox xoşagəlməz görüş olacaq.

Sevdiyiniz insana qarşı kəskin iradlar irəli sürməyin.

Qız - yetərincə mürəkkəb gündür. Yaxın ətrafınızdakı insanların öhdəsindən gələ bilmədikləri, çözə bilmədikləri işi başa çatdıra bilərsiniz. Mübarizəyə başlayın, dayanmayın. Sonradan istirahət edə bilərsiniz. Yardımçı və müttəfiqləriniz olacaq. Sizi uğura aparacaq yolda olduğunu qəti şəkildə bilmirsinizsə, ehtiyatlı davranın.

Günün ikinci yarısında sayıq olun. Belədə seçiminizin dürüstlüyü aşkarlanacaq. Maraqlı işgüzar təkliflər, yeni məhsuldar tərəfdaşlığın başlanması istisna deyil.

Axşam saatlarında yeni tanışlıqlar zamanı hisslərinizə hakim olun. Emosiyalarınız nəzarətdən çıxmasın.

Tərəzi - peşəkar fəaliyyət üçün yaxşı gündür. Çözülməli işləri görməyə başlayın. Ciddi və məsuliyyətli olun. Problemlərin öhdəsindən gəlin. Bədxahlar və rəqiblərin sizə maneələr yaratmasına imkan verməyin. İşdə rəhbərliklə önəmli məsələlərin müzakirəsində fikir ayrılıqları olacaq. Mövqeyinizin dürüst, planınızın effektivliyini sübut etməyə çalışın.

Günün ikinci yarısı önəmli görüşlər, sınaqlar, hakimiyyət mənsubları ilə ünsiyyət üçün yaxşı gündür. Gəlirlər mümkündür. Əldə etdiyiniz vəsaitdən artıq pul xərcləməyin. Emosional olmayın. Ailədəki problemi həll etmək olar.

(adsgarden = window.adsgarden || []).push({});