Variatorlu Lada Vesta modelinin istehsalına başlanıb FOTO


Digərləri 26 Okt 2019 23:58:00 605 0

Variatorlu Lada Vesta modelinin istehsalına başlanıb  FOTO

AvtoVAZ şirkəti pilləsiz transmissiya ilə təchiz edilmiş Lada Vesta modellərinin istehsalına başlayıb. Model polad qayışı və ikipilləli planetar reduktoru olan Jatco variatoru ilə təchiz edilirlər. Yeni qutu əlçatan ötürücü ədədlərinin diapazonunu genişlətməyə imkan verir.

Son.az autograph.az-a istinadən bildirir ki, texniki cəhətdən variatorlu Lada Vesta bənzər transmissiyaya malik olan Lada Xray Cross modelini təkrarlayır. Variator yalnız  113 at qüvvəsi və 152 Nm fırlanma anı hasil edən 1,6-litrlik mühərrik ilə tandemdə çalışır. Vesta modelində quraşdırılacaq mühərrikdə müəyyən dəyişikliklər də edilibdir.Mühərrik yeni dayaqlara və buraxılış sisteminə sahib olub. Lada Vesta modelinin çəkisi və klirensi dəyişilməyib.

Yeni qutu adi sedan və universal, həmçinin onların Cross versiyaları üçün əlçatan olacaqdır. Yeni versiyanın buraxılması şərəfinə modelin rəng çeşidi "Dayvinq" çaları ilə zənginləşdirilib. Bununla belə, istehsalçı variatorla təchiz edilmiş Vesta modelinin qiymətlərii və təchizat səviyyələri barədə məlumatı açıqlamayıb.

(adsgarden = window.adsgarden || []).push({});