Çirkli əllər ən qorxulu xəstəlikləri yayır


Digərləri 26 Okt 2019 23:50:00 611 0

Çirkli əllər ən qorxulu xəstəlikləri yayır

Bu gün dünyada Ümumdünya Əl Yuma Günü qeyd edilir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin açıqladığı məlumatda bildirilir ki, BMT Uşaq Fondu 2008-ci ildə BMT-nin Baş Assambleyasının iclasında hər il 15 oktyabrı rəsmi olaraq "Ümumdünya Əl Yuma Günü" kimi elan edib.

BMT və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertlərinin qənaətinə görə "çirkli əllər"dən yaranan xəstəliklər qlobal səviyyədə fəlakətə yol aça bilər.

Çirkli əllərdən insan orqanizminə bir çox qorxulu xəstəliklərin patogenləri: vəba, pnevmoniya virusu, hepatit, qrip və kəskin resperator virus infeksiyaları daxil olur. "Çirkli əllər" Asiya və Afrika ölkələrində uşaq ölümləri sayının yüksək olmasının əsas səbəbidir. Belə ki, əl yumamaq difteriya, sətəlcəm, hepatit, qrip, göz infeksiyası, qotur xəstəliyi və müxtəlif növ göbələk xəstəliklərinin yaranmasının əsas faktorlarından biridir.

UNİCEF-in məlumatına görə, dünyada hər gün təkcə ishaldan (bu vəziyyəti "çirkli əllər xəstəliyi" də adlandırırlar) beş minə yaxın uşaq tələf olur. Əgər onlar tualetdən və yemək yeməzdən əvvəl əllərini sabunla yumuş olsaydılar bu sayı yarıya qədər azaltmaqla ölümün qarşısını almaq mümkün olardı. Buna görə də adi görünən bu gigiyenik prosedur hər gün minlərlə uşağın həyatını xilas edir.

(adsgarden = window.adsgarden || []).push({});