Johnson uşaq kirşanları satışdan yığışdırılır –


Digərləri 26 Okt 2019 23:22:00 349 0

Johnson uşaq kirşanları satışdan yığışdırılır –

Məşhur Johnson & Johnson brendinin uşaq "prisipkaları" Amerika və Avropada riteylerlər tərəfindən onlayn mağaza və apteklərdən yığışdırılır.

Son.az medicina.az-a istinadən bildirir ki, şirkət məhz bu kirşanlara görə bir neçə insanın xəstəliklərə tutulması faktı səbəbindən məhkəmələrdə uduzub. O, 1970-ci ildən istehsal olunan kirşanların tərkibindəki təhlükəli maddə barədə susmaqda ittiham edilir.

Hazırda Johnson & Johnson-a qarşı 15 000 şikayət vardır. İstehlakçılar onun tərkibində kanserogen maddə olduğunu bildirir.

Kompaniya isə deyilənlərlə razılaşmır, məhsulunun təhlükəsiz olduğunda israrlıdır. Amma 2018-ci ildə Missuri məhkəməsi 22 qadının iddiası əsasında şirkəti 550 milyon dollar cəriməyələyib.

(adsgarden = window.adsgarden || []).push({});