Isuzu DMax modelinin üçüncü nəslini təqdim edib VİDEO


Digərləri 26 Okt 2019 23:30:00 396 0

Isuzu DMax modelinin üçüncü nəslini təqdim edib  VİDEO

Isuzu şirkəti üçüncü nəsil D-Max pikapını təqdim edib. Pikap yeni eksteryerə, daha rahat gedişə və genişləndirilmiş təchizata sahib olub. Avtomobil ressorlu arxa körpüsü olan ramanı saxlamaqla yanaşı, təkmilləşdirilmiş mühərriki əldə edib.

Son.az autograph.az-a istinadən bildirir ki, 80 santimetrlik çay keçidini qət etmək imkanına malik olan pikapın əsasını yeni Isuzu Dynamic Drive platforması təşkil edir. Modelin kuzovunun sərtliyi 20% artırılıb, rama daha yüngül və möhkəm olub, çəkinin oxlar arasında bölünmçəsi isə ideala bir qədər yaxınlaşıbdır. Ön asqı yeni qollara sahib olub, baraban əyləcləri disklər ilə əvəzlənibdir.  Arxa oxun konstruksiyası təkər izini genişləndirməyə imkan verib.

Yeni D-Max sələfindən 5 mm hündür və 10 mm enli olub. İki cərgəli kabinalı modelin təkər bazasının uzunluğu 3125 mm təşkil edir. Pikap üçün standart mühərrik 150 at qüvvəli dördsilindrli turbidizel dəyişilməz qalıb. 3,0-litrlik mühərrik isə ciddi şəkildə təkmilləşdirilib. Dəyişdirilən geometriyaya sahib olan yeni turbina və çiləmə sisteminin yenidən tənzimlənməsi sayəsində mühərrikin gücünü 177 at qüvvəsindənə (430 Nm)  190 at qüvvəsinə (450 Nm) qədər artırılıb.

Yeni D-Max 6-pilləli mexaniki qutu və Aisin firmasının təkmilləşdirilmiş  "avtomatı" ilə təchiz edilir. Tam ötürmə sistemi də əvvəlki kimidir:  ön ox əllə qoşulur. Arxa differensialın elektron qapanması sayəsində pikapın qət etdiyi çay keçidinin dərinliyi 60-dan 80 sm qədər artırılıb.

Pikapın interyerində 9-düymlük ekranı, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən multimedia kompleksini, iki istiqamətdə tənzimlənən sükan qolunu və ikizonalı klimat-kontrolu görmək olar. Maksimal təchizata malik olan modifikasiyalarda adaptiv LED işıqları, kor zonalara nəzarət sistemi və altı təhlükəsizlik yastığı vardır. Aktiv təhlükəsizlik sistemlərinin işləməsində Isuzu firmasına Mazda mütəxəssisləri yardım göstərib.

(adsgarden = window.adsgarden || []).push({});