Türkmənistan mediası Qoşulmama Hərəkatının Zirvə görüşünü geniş işıqlandırıb FOTO


Siyasət 26 Okt 2019 22:31:00 306 0

Türkmənistan mediası Qoşulmama Hərəkatının Zirvə görüşünü geniş işıqlandırıb  FOTO

Türkmənistan mətbuatı Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünü geniş işıqlandırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Arzuw News", "Turkmenistan zolotoy vek", "Turkmenistan seqodnya" internet saytları və "Altın asır", "Miras" televiziya kanalları Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərini, Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirakı və çıxışına dair ətraflı məlumat yayıblar.

Xəbərlərdə Türkmənistan liderinin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən, bu ölkənin Xəzərin ekologiyasının birgə qorunmasına dair təşəbbüs irəli sürməsindən, Qoşulmama Hərəkatına üzv dövlətlərin liderlərini Türkmənistanın bitərəfliyinin 25 illik yubileyinə dəvət etməsindən bəhs olunub.