Bu 7 halda ailə qurmaq məsləhət deyil


Digərləri 26 Okt 2019 22:35:00 389 0

Bu 7 halda ailə qurmaq məsləhət deyil

Əgər qarşınızda ailə həyatı qurmaq üçün aşağıda qeyd olunmuş variantlar varsa, bu halda ailə qurmaq məsləhət olunmur.

1) Valideynlərlə birlikdə yaşamaqdan bezmisiniz və evdən tezliklə baş götürüb getmək istəyirsiniz. Bunun qarşısını almaq üçün işə qəbul olun və bütün qayğılarınızı özünüz çəkməyə başlayın. Qayğıların öhdəsindən gələ bilməsəniz,  ümumiyyətlə ailə həyatın bir neçə ilə təxirə salın.

2) Son.az gencaile.az-a istinadən bildirir ki, keçmiş sevgilinizi cəzalandırmaq istəyirsiniz. Bu paradoks ən çox qadınlar arasında genişlənib. Emosiyalarına hakim ola bilməyib başqa insana ərə gedən qadın bununla təkcə sevdiyi adamı yox, həm də özünü cəzalandırır. Belə evliliklərin çoxu boşanma ilə bitir.

3) Bu " işi" 25 yaşına kimi çatdırmaq istəyirsiniz. Bəzi ailələrdə qızların qarşısına hətta belə şərtlər qoyulur. Şərtlər ödənmədikdə isə qızlar qınaq və təzyiqlə üzləşirlər.Yadda saxlayın ki, bu sizin həyatınızdır və həyatınızdakı seçim və dəyişikliklər məhz sizin əlinizdədir. İmkan verməyin ki, kimsə sizin əvəzinizə həyatınızı yaşasın.

4) Özünüzə əmin deyilsiniz və ya aşağı qiymət verirsiniz. Adətən belə hallar valideyn tərbiyəsi ilə bağlı olur. Gənclər valideynlərindən lazımi sevgi və qayğını görmədikdə, bu sevgi və qayğını qıraqda axtarmağa başlayırlar. Ən çoxu da gənc qızlar özünü nigahda balaca qız kimi hiss etmək istəyirlər. Atalarından görmədiyi diqqəti və qayğını həyat yoldaşından görmək istəyirlər, amma bu düzgün deyil, çünki həyat yoldaşı və atanın diqqəti tamamilə bir-birindən fərqlənir. Ata qayğısı və diqqəti qarşılıqsız valideyn sevgisidir, həyat yoldaşının qayğısı isə qarşılıqlı ər-arvad münasibətlərindən irəli gəlir.

5) Özünüz üçün səmərə axtarırsınız. Maddi səbəblər əsasında qurulan ailə, elə maddi səbəblər üzündən dağıla bilər. Necə deyərlər : "pul bu gün var, sabah yoxdur".

(adsgarden = window.adsgarden || []).push({});