Öskürək üçün dərman: Belə hazırlayın


Digərləri 26 Okt 2019 21:55:00 254 0

Öskürək üçün dərman: Belə hazırlayın

Payız mövsümünün gəlişi, havaların soyuması ilə bağlı tənəffüs yollarının infeksiyaları, soyuqdəymələr artmağa başlayıb. Bunlara bağlı olan öskürək halları da geniş yayılıb. Hətta bir çoxları virus infeksiyalarına bağlı öskürəyin uzun müddət davam etdiyini, dərmanlara tabe olmadığından şikayətlənirlər.

Son.az e-tibb.az-a istinadən həkim-fitoterapevt Fizuli Hüseynovun öskürək və göyöskürəklə bağlı tövsiyə etdiyi təbii qarışımı təqdim edir:

6 ədəd əncir bıçaqla balaca-balaca doğranılır (təxminən fındıq boyda) 2 stəkan südün içinə qarışdırılır, vam odda 7-8 dəq qaynadılır. İlıq olana qədər gözlənilir, ilıq olanda 1 stəkan südə 1 çay qaşığı bal, 2-3 çimdik toz zəncəfil əlavə olunur, qarışdırılır yeməkdən 1 saat əvvəl 1 stəkan içilir. Əgər bu qarışımı səhər içirsinizsə, 2-ci stəkanı günorta içməlisiniz. Və ya günorta içirsinizsə, 2-ci stəkanı axşam yeməkdən əvvəl içməlisiniz, süd içildikdən sonra əncirlər yeyilir.

5-10 yaşlı uşaqlar gündə 1 stəkan, 5 yaşdan kiçik uşaqlar isə yarım stəkan içə bilərlər.

(adsgarden = window.adsgarden || []).push({});