Ən güclü antioksidant Amarant bitkisi


Digərləri 26 Okt 2019 21:22:00 264 0

Ən güclü antioksidant  Amarant bitkisi

Amarant qırımızı və uzun çiçəklərə malik olan bir bitkidir. Onun boyu 3 metrə qədər qalxa bilir. Amarant dənli bitkilərdən hesab edilir. Onun qara, çəhrayı, sarı və ya yaşıl rəngdə toxumları olur.

Son.az medicina.az-a istinadən bildirir ki, amarant çiçəkləri öz təravətini uzun müddət saxlaya bilir. Bu səbəbinə görə də onu qış fəslində evin gözəl görünməsi üçün dibçəkdə yetişdirirlər. Amarant bitkisi Antraktidadan başqa dünyanın bütün yerlərində yetişə bilən bitkidir. Sənayedə amarantın toxumlarından geniş istifadə olunur.

Faydalı tərkibi  -vitaminlər - A(beta-karotin), B1(tiamin), B2(riboflavin), PP(nikotin), B3, B5(pantoten turşusu), B6(pridoksin), B9(fol turşusu), C(askorbin turşusu), E(tokoferol), B4(xolin)

- makroelementlər - kalium, kalsium, maqnium, natrium, fosfor

-mikroelementlər - dəmir, marqanes, selen, sink

Amarat toxumlarının qida dəyəri onun tərkibində olan 20-23% zülallar, lizin, yarımdoymamış yağ turşuları, nişasta, sterol və flavonoidlər var. Aramant toxumları ilə qidalanmaq orqan və toxumların oksigenlə qidlalnmasına səbəb olur, orqanizmə immun yüksəldici, dərini möhkəmləndirici təsir göstərir. Dünyanın bir çox ölkələrində amarant toxumlarından qida vasitəsi kimi istifadə edilir. Ondan tərəvəz, dənli bitki, dərman vasitəsi və qida kimi istifadə edilir. Amarant XXI əsrin ən çox yetişdirilən dənli bitkilərindəndir. Buna səbəb isə onun qida dəyərinin yüksək olması və məhsuldarlığının bol olmasıdır. Amarantdan içkilərin, qidaların, balıq məhsullarının, blanşların, konditer və un məmulatlarının hazırlanmasında istifadə edilir. Onu buğ ilə bişirərək dadlı yeməklər hazırlayırlar. Amarantdan orqanizmi möhkəmləndirmək məqsədilə istifadə edilir. Ondan müxtəlif dərman preparatları hazırlanır. Çin təbabətində amarant toxumlarından əldə edilən yağ şiş toxumalarına qarşı radioterapiya müalicəsi zamanı qəbul edilir. Bu yağ dəri və daxili orqanlara yarasağaldıcı, zədələnmiş toxumalara bərpaedici təsir göstərir. Amarant ürək-damar sisteminin möhkəmlənməsinə, dərinin sağlamlaşmasına səbəb olur, orqanizmdə sərbəst radikallara qarşı mübarizə aparır.Amarant toxumları ilə babasil, sidik ifrazı sistemini iltihabi xəstəlikləri, anemiya, diabet, zəiflik, gücsüzlük, nevrozlar, piylənmə, yanıqlar, parodontit, stomatit, mədə və onikibarmaq yarası, atereskleroz xəstəliklərində qidalanmaq orqanizmdə xəstəlik əlamətlərinin azalmasına səbəb olur.

(adsgarden = window.adsgarden || []).push({});