Qalıcı olması üçün ətiri necə vurmalı? –


Digərləri 26 Okt 2019 21:25:00 311 0

Qalıcı olması üçün ətiri necə vurmalı? –

Vurduğunuz ətrin üzərinizdə qalmadığına təəccüblənirsinizsə, demək ondan düzgün istifadə etmirsiniz. Beləliklə, istifadə etdiyiniz ətrin bütün günü üzərinizdən ətrafa qoxu saçması üçün bəzi ipuclarını təqdim edirik:

DƏRİNİ  NƏMLƏNDİRİN

Son.az gencaile.az-a istinadən bildirir ki, heç bilirdiniz ki, ətir daha çox yağlı dəridə uzun müddət qalır? Ona görə də ətri vurmazdan əvvəl dərinizə nəmləndirici krem sürtün. Xüsusilə də ətrinizə uyğun olan lasyonla birlikdə vursanız qoxu daha uzunmüddətli olacaq.

DÜZGÜN YERLƏRƏ VURUN

Ətir bədənin isti olan yerlərinə vurulduqda qoxusu daha da yayılır. Ona görə də onu ən çox nəbzin vurduğu hissələrə, yəni qanın dəri səthinə daha yaxın olduğu nahiyyələrə tökün. Ətir daha çox biləklərə, qulaqların arxasına, boyun nahiyyəsinə, dizlərin arxasına və dirsəklərə səpilir.

ƏTRİ DARAĞA  VURUN

Heç vaxt ətri saçlarınıza vurmayın, çünki tərkibində spirt var və çox dəyərli saçlarınızın qurumasına və korlanmasına səbəb olur. Saçlarınızın ətirli olmasını istəyirsinizsə ya saçlarınız üçün xüsusi ətirdən istifadə edin, ya da ətri darağa səpib gözləyin ki, spirt uçsun. Daha sonra ziyan vermədən saçlarınızı darayın. Bu üsulla saçlarınız zərər görmədən çox ətirli olacaq.

DÜZGÜN  ƏTRİ  SEÇİN

Ətir və tualet suyu  eyni şey deyil. Halbuki əksəriyyətimiz bu barədə heç düşünmürük. Ətrin tərkibində 20-40% aromatik yağ  olur, ona görə də daha çox üzərimizdə qalır. Ətir suyunda (Eau de Parfum) 10-20%, tualet suyunda (Eau de tualet) 10%, bədən spreylərinin tərkibində isə 1-3% aromatik yağ olur. Gündəlik istifadə üçün yaxşı olar ki, ətir suyunu seçin. Lakin parfümünüzü özəl günlər üçün saxlayın.

(adsgarden = window.adsgarden || []).push({});