Narkoz haqqında nələri yanlış bilirik?


Digərləri 26 Okt 2019 20:50:00 364 0

Narkoz haqqında nələri yanlış bilirik?

Oktyabrın 16-da dünyada Ümumdünya Anesteziologiya Günü kimi qeyd olunur.

Azərbaycan Tibb Universitetinin bu günlə bağlı açıqladığı məlumatda bildirilir ki, insanların böyük əksəriyyəti ağrıya qarşı həssas olsa da, təcili tibbi yardıma, xüsusilə operativ müdaxiləyə ehtiyac yarananda həssaslığın itirilməsi həlledici əhəmiyyət daşıyır və qaçılmaz olur. Yüzilliklər boyu cərrahi müdaxilə ağrısızlaşdırma tətbiq edilmədən aparılıb.

Bu sahədə ilk addımı eramızdan əvvəl I əsrdə yunan filosofu və həkimi Dioskorid atıb. O, imperator Neronun vaxtında Roma ordusu ilə birgə səyahət zamanı mandraqora bitkisindən yuxugətirən və sakitləşdirici dərmanlar hazırlayır və onun köməyi ilə yaralanmış döyüşçüləri sağaltmaq üçün onların ağrılı nahiyəsinə müdaxilə etməyə imkan verən cərrahi əməliyyatlar aparırdı.

Anesteziya əsəblərin həssaslığının itməsidir. Süni anesteziya cərrahiyyə əməliyyatı zamanı keyləşdirmə üçün tətbiq olunur. Onun ilk dəfə tətbiqi XIX əsrə təsadüf edir - 1846-cı il oktyabrın 16-da amerikalı diş həkimi və cərrahı Tomas Morton efir narkozunun altında əməliyyat keçirərək ümumi narkozun tətbiqini açıq şəkildə nümayiş etdirib. O, anesteziyaedici kimi dietil efirinin inhalyasiyasını tətbiq edib və bundan sonra oktyabrın 16-sı Ümumdünya Anesteziya Günü kimi tibb təqviminə düşüb.

Sonralar anesteziologiyanın müxtəlif növləri tətbiq olunmağa başlayıb. Cəmiyyət inkişaf etdikcə onun tətbiqi də təkmilləşib və indi təkcə tibdə deyil, psixiatriya və narkologiyada da onu tətbiq edirlər.

Son.az e-tibb.az-a istinadən anesteziya haqqında əksəriyyətin yanlış bildiyi məqamlarla bağlı Caspian International Hospitalın Tərəfindən sosial şəbəkədə paylaşılan maraqlı məlumatı da təqdim edir:

1. "Anezteziya zamanı "O dünyanı" görmək olar"

Anesteziyanın kliniki ölümlə heç bir əlaqəsi yoxdur.

2. "Əməliyyatın ən qızğın yerində ayılmaq mümkündür"

Bu barədə əməliyyatdan daha çox qorxan xəstələrin danışdığı məlum olub. Prinsip etibarı ilə anestezioloq bunu edə bilər. Amma xəstəni əməliyyat zamanı ayıltmaq üçün onun heç bir əsası yoxdur. Bu səbəbdən, pasientin ayılmaq şansları sıfıra bərabərdir.

3. "Narkozdan sonra xəstələr əqli inkişafdan geri qalır"

Xüsusi testlərlə sübut olunub ki, ümumi anesteziyadan sonra yaddaş və diqqət problemləri yaşanır. Bu effekt iki həftədən, bir neçə aya qədər davam edə bilər. Bununla yanaşı, mütəxəssislər bildirir ki, əqli kənarlaşmalar çox minimal olur.

(adsgarden = window.adsgarden || []).push({});