İraqda iğtişaşlar 6 qurban


Dünya 26 Okt 2019 20:51:00 275 0

İraqda iğtişaşlar  6 qurban

İraqın paytaxtında, eləcə də ölkənin cənubunda keçirilən etiraz aksiyaları zamanı ən azı altı nəfər dünyasıı dəyişib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə şənbə günü "France-Presse" agentliyi (AFP) məlumat yayıb.

Bundan əvvəl Bağdad və İraqın digər əyalətlərində cümə iğtişaşlarında 40-dan çox insanın öldüyü və 2000-ə yaxın insanın yaralandığı bildirilir.

Qeyd edək ki nümayişlər bir həftəlik fasilədən sonra cümə günü Bağdadda, və şiə əyalətləri olan ölkənin mərkəzində və cənubunda, yaşayış şəraitinin pisləşməsinə, artan işsizlik və hökumətdəki korrupsiyaya etiraz olaraq yenidən başladı.