Ford Mustang 710 at qüvvəli şoukara çevrilib FOTO


Digərləri 26 Okt 2019 20:01:00 242 0

Ford Mustang 710 at qüvvəli şoukara çevrilib  FOTO

NASCAR pilotu Rayan Bleyni və avtomobil fotoqrafı Larri Çen SEMA tüninq sərgisi üçün Ford Mustang GT modelinin xüsusi versiyasını hazırlayıblar. "Retrokupenin" eksteryeri üzərində britaniyalı rəssam Hizil Selim işləyib. Kupenin hazırlanması isə Los Ancelesdə fəaliyyət göstərən Galpin Auto Sports atelyesinə həvalə edilib.

Son.az autograph.az-a istinadən bildirir ki, Mustang modelinin qırmızı-qara-ağ livreyası 1966-cı ildə "Daytonanın 24 saatı" yarışlarında iştirak etmiş Ford GT40 modelinin "döyüş" rənglərindən ilham alınaraq yaradılıb. Avtomobil xüsusi aerodinamik əlavələri olan 20-düymlük Fifteen52 Podium Super Touring diskləri və Yikihama Advan şinləri ilə təchiz edilib.

Ford Mustang GT kupesinin kapotunun altında Roush kompressoru ilə təchiz edilmiş Coyote ailəsindən olan 5,0-litrlik V8 mühərriki yerləşir. Aqreqatın hasilatı 710 at qüvvəsi və 827 Nm təşkil edir. Xatırladaq ki, bu mühərrik adi halda 466 at qüvvəsi və 569 Nm hasil edir. Avtomobil ST Suspension XTA koyloverləri, MagnaFlow Competition  buraxılış sistemi və Wilwood əyləc mexanizmləri ilə təchiz edilir. Fastbəkin salonunda NRG Race yarış oturacaqları, NASCAR üslubunda sükan çarxı, altınöqtəli təhlükəsizlik kəmərləri quraşdırılmışdır. Avtomobilin baqaj bölümü və damı Anderson Composites firması tərəfindən karbonplastikdən hazırlanıb.

Xüsusi Mustang GT modeli MoneyLion Here We Roar Sweepstakes layihəsinin tərkib hissəsidir. Bu layihə çərçivəsində üç avtomobilin inşa edilməsi nəzərdə tutulub. Birinci avtomobili drifter Von Gitti-kiçik və NASCAR-ın ən gənc qalibi Couli Loqano, ikincini isə pilot Ostin Zindriç və avtomobil entuziastları Deyv və Dom Tuççi inşa ediblər.

(adsgarden = window.adsgarden || []).push({});