Yarasa adam, yoxsa təbiətin möcüzəsi?


Digərləri 26 Okt 2019 20:20:00 245 0

Yarasa adam, yoxsa təbiətin möcüzəsi?

Böyük Britaniyada doğulan Daniel Tammet çox çətinliklə danışır, sağını və solunu seçə bilmir, hətta çəngəli boşqabın içərisinə qoya bilmir. Buna baxmayaraq bir dəqiqə içərisində 22514 rəqəmi saya bilir. O, beynində ən çətin məsələ və misalları həll edə bilir. Onun özünün dediyinə görə beynində yalnız rəqəmlər var. Gecələr yatağına uzanan zaman gözlərinin qabağına yalnız riyazi hesablamalar gəlir. Daniel birdən-birə 11 dildə danışmağa başlayıb. O, ingilis, fransız, alman, ispan, portuqal, italyan, çex, ispan, esperanto, island, litva və heç kimin başa düşmədiyi bir dildə danışır. Daniel bu dillərdə danışmağı 1 həftə ərzində öyrənib. Yarasa adam. Kaliforniyalı Ben Undervood dünyaya sağlam uşaq kimi göz açıb. Lakin 3 yaşı olanda gözünün buynuz qişasında əmələ gələn xərçəng xəstəliyinə görə gözlərini çixardıblar. O vaxtdan bəri Ben nə gəzə, nə də qaça bilir. Lakin Ben heç vaxt gözdən əlillər üçün olan çubuqlardan istifadə etməyib. Özünün dediyinə görə qarşısına çıxan ərazini və maneələri səsindən, öz hərəkətlərini tənzimləyə bilir. Hansı səslərdən söhbət getdiyini anlamaq çətin olsa da onun hərəkətləri hamıda heyrət doğurur. Ben qaranlıqda rahat gəzir, sərbəst maşın yolunu keçir, xizək sürür. Həkimlər onun bu qabiliyyətini yarasaya bənzədirlər. Axı yarasalar kor olsalar da, ətrafdakı səslər vasitəsilə qaranlıqda sərbəst hərəkət edə bilirlər. Son.az

(adsgarden = window.adsgarden || []).push({});