Qadınlara qarşı şiddət hansı səviyyədə artıb?


Digərləri 26 Okt 2019 20:25:00 289 0

Qadınlara qarşı şiddət hansı səviyyədə artıb?

Xəbər verdiyimiz kimi, oktyabrın 20-də Bakının Nizami küçəsində, "Torqovı" adlanan ərazidə bir qrup feminist qadın aksiya keçirib. Aksiya iştirakçıları qadınlara qarşı zorakılıq edilməsini və qadınların qətlə yetirilməsini pisləyib, "Şiddətə susma!", "Şiddətə dözmə!" şüarları səsləndiriblər.     

Onlar Azərbaycanın məişət zorakılığına qarşı mübarizəni nəzərdə tutan İstanbul konvensiyasına qoşulmasını tələb ediblər. Polis icazəsiz aksiyanın qarşısını alıb.

Qeyd edək ki, son zamanlar cəmiyyətdə qadınlara qarşı zorakılıqların, amansız qətllərin artdığı müşahidə olunur. Mətbuatda yayılan informasiyaları araşdıranda da məlum olmuşdu ki, son bir ayda ölkədə 13 qətl hadisəsi baş verib ki, həmin hadisələrdə ölənlərin 9-u qadınlardır. Ekspertlər də qeyd edir ki, məişət zəminində qadına qarşı zorakılığın forması ildən-ilə daha da qəddarlaşır. Hətta artıq bunu normal hal kimi qarşılayanlar da az deyil.

Son.az gencaile.az-a istinadən bildirir ki, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı mövzu ilə bağlı aşağıdakıları dedi: "Qadına qarşı zorakılıq da, ayrı seçkilik də var, hətta ailədə və işdə də zorakılıqla üzləşir. Ümumiyyətlə bu məsələ geniş məfhumdur və hər zaman mövcud olub. Xüsusən də mərkəzdən kənarda, regionlarda qadına qarşı zorakılıqları tez-tez müşahidə olunur. Bunun da kökündə bir çox amillər var. Məsələn, ailə tərbiyəsi, oğlan uşaqlarının ailədə qadına qarşı zorakılıq hallarını görüb, götürməsi, yaxud anaların qız uşaqlarına qarşı sərt mövqeyi, "ərə getdinsə, oradan ölümün çıxması" kimi ifadələr işlədilməsi, qaynananın gəlinlərə qarşı neqativ mövqeyi sonda bu cür nəticələrə gətirib çıxarır.

Məlum olduğu kimi oktyabrın 20-də qadınlar qadınlara qarşı şiddətə son qoyulması ilə bağlı aksiya keçirdilər. Düşünürəm ki, qadınlar həmin aksiyanı küçədə deyil, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin binasının önündə keçirməli idilər. Çünki bu məsələlərin kökündə adı çəkilən komitənin fəaliyyətsizliyi dayanır. Bu günlərdə həmin komitəyə döyülən qadın göndərmişdim. Qadını komitədə hüquqşünas icra hakimiyyətinə yönləndirmişdi. Bundan sonra nə baş verəcəyini isə hər kəs bilir. Təbii ki, qadın yenə də evdə şiddət görəcək.

Digər məsələ isə QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı idi. Ölkədə qadın hüquqları və zorakılıqlar, həmçinin gender məsələləri ilə bağlı çoxlu sayda təşkilatlar var. Hansı ki, həmin təşkilatlar qadın hüquqlarının bərpası ilə bağlı kifayət qədər işlər görə bilirdi. Məsələn, "Qadın Krizis Mərkəzi" zamanında təqdirə layiq işlər görürdü. Mərkəzin rəhbəri Mətanət Əzizova döyülən qadınla birgə polis idarəsinə gedirdi".

Картинки по запросу Mirvari Qəhrəmanlı

(adsgarden = window.adsgarden || []).push({});