Biologiya fənni üzrə bazar günü məktəbinə gedənlərin nəzərinə


Digərləri 26 Okt 2019 20:26:00 229 0

Biologiya fənni üzrə bazar günü məktəbinə gedənlərin nəzərinə

Noyabrın 3-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında biologiya fənni üzrə bazar günü məktəbi təşkil olunacaq. Növbəti məşğələlər barədə əlavə məlumat veriləcək.

Son.az MDU-nun Bakı filialının saytına istinadla xəbər verir ki, bazar günü məktəbi Hüseyn Cavid prospekti, 133 ünvanında (metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında) keçiriləcək. Məşğələlər pulsuzdur. Bazar günü məktəbinə yazılmaq üçün əlaqə nömrəsi: +99412 598 93 32.