GUAM: Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatının möhkəmlənməsinə səbəb olacaq


Digərləri 26 Okt 2019 20:34:04 252 0

GUAM: Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatının möhkəmlənməsinə səbəb olacaq

Azərbaycan beynəlxalq sülhün möhkəmlənməsinə mühüm töhfə verən bir ölkədir

Bakı. Elçin Mehdiyev – Azərbaycan beynəlxalq sülhün möhkəmlənməsinə mühüm töhfə verən bir ölkədir. Bu baxımdan Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təşkilatın möhkəmlənməsinə və beynəlxalq aləmdə rolunun artmasına səbəb olacaq. Trend-in məlumatına görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə debat müzakirələrində GUAM-ın baş katibi Altay Əfəndiyev bildirib. O qeyd edib ki, GUAM ölkələri ərazisində münaqişələr öləkələrin ərazi bütövlüyü çərçivəsində və beynəlxalq qanunlara uyğun həllini tapmalıdır. Baş katib bildirib ki, sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan sülh olmaz: “Bu baxımdan dayanıqlı inkişaf və sülhü təmin etmək üçün birgə səylər göstərilməlidir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin