Prezident İlham Əliyev Esvatininin Kralı Əlahəzrət III Msvati ilə görüşüb (FOTO)


Digərləri 26 Okt 2019 20:12:00 234 0

Prezident İlham Əliyev Esvatininin Kralı Əlahəzrət III Msvati ilə görüşüb (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Esvatininin Kralı Əlahəzrət III Msvati ilə görüşüb

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Esvatininin Kralı Əlahəzrət III Msvati ilə görüşüb. Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib. Görüşdə Esvatininin Kralı Əlahəzrət III Msvati Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyini vurğuladı və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin əhəmiyyəti vurğulandı. Müxtəlif sahələrdə, o cümlədən turizm, energetika, elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin