Qazaxıstanda qanunsuz mitinqləri dağıtdılar


Dünya 26 Okt 2019 19:59:00 249 0

Qazaxıstanda qanunsuz mitinqləri dağıtdılar

Qazaxıstan Daxili İşlər Nazirliyi (DİN) Nur-Sultan və Almatı şəhərlərində icazəsiz mitinqlər keçirməyə cəhd edən 26 vətəndaşın tutulduğunu bəyan edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, məlumatı "Sputnik-Qazaxıstan" yayıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, 26 oktyabrda-şənbə günü Nur-Sultan və Almatı şəhərlərində icazəsiz aksiyalar keçirilməsinə cəhd göstərilib.

"Baş Prokurorluğun, mitinqlərin qanunsuzluğu ilə bağlı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bəzi vətəndaşlar qanunun tələblərini yerinə yetirməkdən imtina etdilər. Hazırda 26 nəfər vəziyyəti aydınlaşdırmaq və inzibati məsuliyyətə cəlb edilmələri üçün polisə təhvil verilib", - deyə DİN-in məlumatında bildirilir.

Müvafiq idarələrdə vətəndaşları təxribatlara uymamağa və ekstremist təşkilatların qanunsuz hərəkətlərində iştirakdan çəkinməyə çağırıblar.