Artıq bir evdə yaşayacaqlar FOTO


Şou-biznes 26 Okt 2019 19:16:00 240 0

Artıq bir evdə yaşayacaqlar  FOTO

Müğənni Emina Jahoviç ilə iş adamı Sadettin Saran ev axtarışına başlayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, münasibətlərinə ikinci şansı verən cütlük evlənmək qərarına gəlib.

İstanbulun Bebek səmtindəki lüks bir villaya baxan sevgililər aylıq kirayə haqqı 120 min lirə olan mənzili bəyənib.

Qeyd edək ki, 2018-ci ilin iyununda müğənni Mustafa Sandalla 10 illik evliliyinə son qoyan Emina ikinci dəfə nikah masasına oturmağa hazırlaşır. Boşandıqdan 1 ay sonra Saranla sevgili olan 37 yaşlı müğənni xoşbəxt olduğunu gizlətməyib.