Qəbizlikdən əziyyət çəkənlər


Digərləri 26 Okt 2019 19:22:00 259 0

Qəbizlikdən əziyyət çəkənlər

Həkimlərin müşahidələrinə görə, qəbizlik bir çox hallarda düzgün olmayan qidalanma nəticəsində inkişaf edir. Bu halda qidalanmada müəyyən dəyişikliklər etməklə insan qəbizlikdən xilas ola bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, qəbizlikdən əziyyət çəkən insanlar müəyyən pəhriz saxlamalı, bəzi qidaları qəbul etməməlidir.

Qəbizlikdən əziyyət çəkirsinizsə, bu qidalardan imtina edin:

- ət və balıq konservləri

- hisə verilmiş qidalar (ət, balıq, kolbasa)

- ağ çörək, ağ undan hazırlanmış un məmulatları (bulka, piroq və s.), yağlı kremlə tort, pirojna, peçenye

- zülallarla zəngin olan qidalar. Bu qidaları qidalanmadan tam çıxartmaq olmaz. Lakin insan qəbizlikdən əziyyət çəkirsə, bu qidaları azaltmaq lazımdır

- büzücü təsirə malik olan bəzi meyvələr (nar, heyva, zoğal, armud, xurma)

- bəzi tərəvəzlər (göbələk, turp, sarımsaq)

- çox yağlı ət, balıq, yağlı bulyonlar, qoyun piyi

- alma və üzüm şirələri

(adsgarden = window.adsgarden || []).push({});