Qadınlara qarşı zorakılıq halları niyə artıb?


Digərləri 26 Okt 2019 19:25:00 228 0

Qadınlara qarşı zorakılıq halları niyə artıb?

Azərbaycanda qadınlara qarşı zorakılıq faktları getdikcə artır. Son bir ayda 14 qətl baş verib ki, onlardan doqquzunda öldürülən qadındır.

Bəs bunun qarşısını almaq üçün nə etmək lazımdır?

Son.az xeberle.com-a istinadən bildirir ki, psixoloq Sevinc Baxışova hesab edir ki, zorakılığın əsasını aqressiya təşkil edir. Qadına qarşı olan zorakılıq, xəsarət yetirmə və hətta öldürülmə səbəbi isə bizim bəzi adət- ənənələrimizin qadının irəli getməsinə mane olması, ailədə qadının əvvəlki kimi güzəştə getməməsi, ailəyə kənardan müdaxilələrin olması və sairədir:  "Televiziya proqramlarda da bəzən aqressiya təbliğ olunur. Cinayət verilişləri çox zaman hadisələri olduğu kimi cəmiyyətə çatdırır. Nəzərə alsaq ki, son illər cəmiyyətdə aqressivlik hökm sürür, bu da öz-özlüyündə zorakılığa təkan verən ən böyük amillərdəndir. İndi ailələrdə münasibətlər o qədər gərginləşib ki, ən kiçik hadisə əksər hallarda faciələrə səbəb olur. Cəmiyyəti uçuruma aparan bu kimi hadisələrin qarşısının alınması üçün ölkəmizdə qadın polislərimizin sayı artırılmalıdır. Cinayətə qədər gəlib çixan problemlərin sözsüz ki, başlanğıc nöqtəsi olmalıdır və belə xırda münaqişələrin həllində icra hakimmiyətinin məsul şəxsləri daha aktiv olmalıdırlar. Problemli ailələrlə söhbətlər aparmalıdırlar. Xırda münaqişələrin qarşısı vaxtında alınsa cinayətlərin və ən əsası isə qadın ölümlərinin sayı azalar".

Digər psixoloq Zeynəb Əyyubova isə məsələyə zorakılıq tətbiq edən tərəfin nöqteyi - nəzərindən aydınlıq gətirərək münasibət bildirdi: "Zorakılığı edən niyə buna meyillidir? Psixoloqların birmənalı olaraq sözü budur- Həmin şəxs ya zorakılığa məruz qalıb, yada ki, zorakılığın şahidi olub. Araşdırdıqda isə, bunun mənbəyi əsasən uşaqlıq illərinə dayanır. Ailədə olan mühitdən çox şey asılıdır. Bu gün gələcəyin ya zorakısını ya da həyatsevər bir səxsiyyətini yetişdiririk. Xüsusən oğul böyüdən valideynlər bu məsələdə diqqətli olmalıdırlar. Əgər bu gün bir ailənin oğlu gəlini döymək, vurmaq kimi hərəkətlər edirsə mütləq şəkildə ailə böyükləri məsələyə qarışmalı və bunun qarşısını almalıdırlar. Yaxuda da qonşunuzda, küçədə olsa belə bu kimi hallarla rastlaşan zaman özümüzü kənara çəkməməliyik."

Hüquqşünas Ramil Süleymanov isə hesab edir ki, aidiyyatı qurumlar öz öhdəliklərinə düşən vəzifələri yerinə yetirməlidirlər: ''Ölkədə qadınlara qarşı belə şiddətlərin baş verməsi və onların zorakılıqlara məruz qalması həqiqətən ürəkağrıdan bir məsələdir və düşünürəm ki, aidiyyatı qurumlar məsələ ilə ciddi məşğul olmalıdırlar.  "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının qanunu da qəbul olunub. Həmin qanunda zorakılığın formaları qeyd olunub. Belə ki, məişət zorakılığının fiziki, psixoloji  və müxtəlif məhdudiyyətlərin iqtisadi zəmində zorakılıq, cinsi zorakılıq kimi formaları var. Belə şiddət halları ilə qarşılaşan vətəndaş ilk növbədə 102 vasitəsi ilə polis bölməsinə müraciət etməlidir. Dərhal onun müraciəti əsasında araşdırılma aparılır və əgər qadının üzərində hansısa xəsarət izləri varsa, onun tibbi müayinədən keçməsi üçün məhkəmə tərəfindən tibbi ekspertə göndərilir və xəsarəti müəyyən olunur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, qəsdən sağlamlığa ağır zərər vurma 3 ildən 8 ilədək, qəsdən sağlamlığa az ağır zərər vurma 2 ilədək müddətə islah işləri, 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qəsdən sağlamlığa yüngül zərər vurmanın cəzası isə 1000 manatdan 1500 manatadək cərimə, yaxud 240 saatdan 360 saatadək ictimai işlər, 1 ilədək müddətə islah işləri, 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bundan başqa Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun var. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması, yəni məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə görə, 100 manatdan 300 manatadək cərimə nəzərdə tutulub.

Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixoloji təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə 300 manatdan 500 manatadək cərimə edilir.

(adsgarden = window.adsgarden || []).push({});