Alfa Romeo Tonale modelinin şəkilləri peyda olub FOTO


Digərləri 26 Okt 2019 19:30:00 341 0

Alfa Romeo Tonale modelinin şəkilləri peyda olub  FOTO

Alfa Romeo markasının yeni seriya krossoveri olan Tonale modelinin şəkilləri peyda olub. İtalyanların bu şəkilləri qəsdən sızdırması da mümkündür. Avtomobilin şəkillərinin "klinik testlər" (customer's clinics) zamanı çəkildiyi diqqəti çəkir. Adı çəkilən testlər potensial müştərilərin fikrini öyrənmək məqsədini daşıyır və avtomobil sinifdə olan rəqibləri ilə müqayisə edilir. Diqqət yetirsəniz, arxa planda Audi Q3, Range Rover Evoque, BMW X2 və hətta Nissan Qashqai modellərinin durduğunu görə bilərsiniz.

Son.az autograph.az-a istinadən bildirir ki, şəkillərdəki avtomobil tamölçülü maketdir, çünki Tonale modelinin sınaq prototipləri hələki ümumi istifadə yollarına çıxmayıblar. Hətta, müvəqqəti kuzovları olan "qatırlara" da rast gəlinməyib. Odur ki, seriyaöncəsi avtomobildən danışmaq hələlik çox tezdir.

Bu isə, qarşımızda avtomobilin dizaynın son variantının olmadığına işarə edir. Lakin, bu maket seriya variantına çox yaxındır. Krossoverin ümumi formaları və proporsiyaları yazda Cenevrədə nümayiş etdirilmiş Alfa Romeo Tonale konsepti ilə eynidir. Nümayiş etdiriən variant konseptdən daha iri işıq texnikası, ənənəvi güzgüləri və qapı dəstəkləri ilə fərqlənir. Təkər disklərinin ölçüsü də kiçilibdir.

Alfa Romeo Tonale modelinin 2021-ci ildə debüt edəcəyi ehtimal olunur. Yeganə məlum olan krossoverin italyan markasının ilk qoşulan hibridi olacağıdır.

(adsgarden = window.adsgarden || []).push({});