Sevginin ömrünü necə uzatmaq olar?


Digərləri 26 Okt 2019 19:35:00 649 0

Sevginin ömrünü necə uzatmaq olar?

Münasibətinizin getdikcə əvvəlki kimi olmadığnı hiss edirsinizsə və sevginizin ömürlük olmasını arzulayırsınızsa, bu məqalə sizin üçündür. Aşırı qısqanclıq sevgini qısa müddətdə öldürən ən böyük xətalardan biridir. Hər şey kimi qısqanclığın da həddi var. "Çox sevdiyim üçün, çox qısqanıram" - sözlərini kənara qoyun, elə olmadığını biz də bilirik.

Son.az gencaile.az-a istinadən bildirir ki, sevdiyiniz insanı dəyişdirməyə çalışmayın və onu istəmədiyi şeyləri etməyə məcbur etməyin. Bu cəhdlər qarşı tərəfi münasibətdən bezdirəcək əlbəttə.

Sevgilinizin səhvlərini deyərkən onu günahlandırmayın, bunu kobud şəkildə etməyin. Hər hansı hərəkətini tənqid etdikdə bunu onun yaxşılığı üçün etdiyinizi xatırladın.

Onu çox sorğu-sual etməyin, özünün sizinlə danışmasını gözləyin. Qarşı tərəfin üzərinə çox getsəniz bu situasiya onu sizdən uzaqlaşdıra bilər.

Sevgini bəsləyən əlaqələrdir. Əlaqələri əskik etməyin, amma bu o demək deyil ki, hər dəqiqə onunla zəngləşməlisiniz.

Onun zövqünə və bəyəndiklərinə hörmət edin. Sevdiyiniz insan üçün özəl olanlar sizin üçün də özəl olsun. Münasibətin dostluq tərəfini unutmayın.

(adsgarden = window.adsgarden || []).push({});